BDU və İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

11/07/2025

Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏTGF) Avrasiya Regional Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU rektoru Elçin Babayev və İƏTGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov imzalayıblar.

Mərasimdə Azərbaycanda həyata keçirilən gənclər və təhsil siyasəti, milli-mənəvi dəyərlərin qorunması, BDU-nun bu prosesdə rolu barədə məlumat verilib, İƏT, eləcə də bu quruma bağlı olan İƏTGF və onun Bakıda beynəlxalq təşkilat kimi diplomatik statusla fəaliyyət göstərən Avrasiya Regional Mərkəzinin gənclərin inkişafı ilə bağlı həyata keçidiyi layihələrdən bəhs edilib. Müzakirələrdə İƏTGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə 2011-ci ildən etibarən hər il keçirilən İƏT Modeli və Debat Çempionatları layihələrinin əhəmiyyətindən, onların gənclərdə liderlik qabliyyətlərinin gücləndirilməsində oynadığı roldan danışılıb. Mərkəzin İdarə Heyətinin sədri Elçin Əsgərov rektor Elçin Babayevə BDU tərəfindən adıçəkilən layihələrə daim göstərilən dəstəyə görə təşəkkürünü bildirirək, Universitet tələbələrinin müxtəlif ölkələrdə keçirilən İƏT Modeli beynəxalq sammitlərində xüsusi istedad və bacarıqları ilə fərqləndiklərini, yarışlarda finalçılar sırasında olduqlarını nəzərə çatdırıb.

Bununla yanaşı, BDU ilə İƏTGF Avrasiya Regional Mərkəzi arasında yerli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsi mümkün olan layihə və təşəbbüslər müzakirə edilib, memorandum çərçivəsində reallaşdırılması nəzərdə tutulan fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib
13/11/2025

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
13/11/2025

Müstəqil dövlətimizin təməli: Azərbaycan Konstitusiyası - 30

Müstəqil dövlətimizin təməli: Azərbaycan Konstitusiyası - 30
12/11/2025