BDU və Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş Beynəlxalq konfrans keçirəcək

13/05/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar  Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə mayın 14-16-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Konfrans çərçivəsində Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən və media subyektlərindən olan nümayəndələrin ustad dərsləri, Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində "Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və BDU-nun yeni təsis etdiyi “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil ediləcək.

Ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezisin qəbul olunduğu konfransda 100-dən artıq qonağın istirakı gözlənilir. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

Xəbərlər

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider
12/12/2025

BDU-da “Ölməz Lider” adlı tədbir keçirilib

BDU-da “Ölməz Lider” adlı tədbir keçirilib
12/12/2025

BDU tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
12/12/2025