BDU və Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

27/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində olub.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin təhsil və gənclərlə iş üzrə prorektoru Adil Yusifcanov, elm və innovasiyalar üzrə prorektoru Gülnoza İsmayılova ilə görüşüb.

Görüşdə akademik və elmi əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, bunun iki ölkə arasında münasibətlərin inkişafına töhfə olacağına və qısa müddətdə real nəticələr verəcəyinə əminlik ifadə olunub.

Görüşün sonunda iki universitet arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Müqavilədə ortaq elmi tədqiqatların aparılması, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026