BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb

18/06/2026

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı  Universitetinin rektoru Shuhrat Sirojiddinov imzalayıb.

Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Əsası 2016-ci ildə qoyulmuş Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti “QS Dünya Universitetləri Fənlər üzrə Reytinqi”ndə 2026-cı il üzrə 251–300-cı yerlər aralığında qərarlaşır.

Xəbərlər

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
10/07/2026

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
10/07/2026