BDU-da “İşğal edilmiş ərazilərdə məcburi köçkünlərin pozulmuş hüquqlarına dair kompleks hesabat” hazırlayan işçi qrupun növbəti iclası keçirilib

09/01/2021

Bu gün Bakı Dövlət Universitetindı (BDU) "İşğal edilmiş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Kompleks Hesabat"ın hazırlanması layihəsi çərçivəsində işçi qrupun növbəti onlayn iclası keçirilib.

İclası giriş sözü ilə açan layihənin rəhbəri, BDU-nun rektoru Elçin Babayev Vətən müharibəsində qazanılan Böyük Qələbə, müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə başlanan quruculuq, bərpa işlərindən danışıb. Rektor layihənin əhəmiyyətinə diqqət çəkərək hesabat dövründə aparılan işlərdə mühüm məqamları diqqətə çatdırıb.

Görülmüş işlər haqqında məlumat verən BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev pozulmuş hüquqlara dair hesabatların hazırlanması işinin uğurla davam etdiyini diqqətə çatdırıb. İşçi qrupun rəhbərləri Məhəmməd Quluzadə və Turqay Hüseynov Azərbaycan Respublikası ərazilərinin işğal edilməsi nəticəsində həmin ərazilərdən məcburi köçkün düşmüş şəxslərin pozulmuş hüquqlarının, daha sonra dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, məcburi köçkünlərə dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlərin öyrənilməsinə dair hesabatın vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Hicran Hüseynova və Bəhruz Məhərrəmov hesabatın əhəmiyyətinə diqqət çəkərək, onun Vətən Müharibəsi başladıqdan sonra və müharibə dövründə ilk sənədli yanaşma olduğunu, eyni zamanda beynəlxalq təcrübəyə əsaslandığını qeyd edib. İclas hesabat dövründə görülən işlərin müzakirəsi ilə başa çatlb.

Qeyd edək ki, BDU-da hazırda iki akademik layihə həyata keçirilir. “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Kompleks Hesabat”ın hazırlanma layihəsinin məqsədi məcburi köçkünlərimizn işğala qədər, işğal dövründə və işğaldan sonra öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıtmaq hüquqları ilə əhatələnən və mühüm beynəlxalq sənədlərlə tanınaraq pozulmuş əsas hüquqları, işğalla əlaqədar vurulmuş ziyanların əhatə dairəsi, işğal dövründə törədilən beynəlxalq cinayətlər, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin əsasları, işğal altında olmuş Azərbaycan Respublikası əraziləri üçün zərurət duyulan humanitar yardım və s. məsələlərin, “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsinin məqsədi 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin, bu müsahibələrin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzsiz rolunun, müharibə dövründə yerli və xarici mediada dərc olunan məqalələrin, müsahibələrin və s. təhlillərini apararaq analitik hesabatların hazırlanması, beynəlxalq medianın baxışının və yerli medianın fəaliyyətinin akademik səviyyədə qiymətləndirilməsidir.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024