BDU-da “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci beynəlxalq elmi konfrans keçiriləcək

15/08/2022

2022-ci ilin 13-14 oktyabr tarixlərində Bakı Dövlət Universitetində (BDU) “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans müasir biologiyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə edilmiş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan verəcək, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, habelə elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.  
16 xarici ölkədən (Türkiyə, Fransa,  İspaniya, Serbiya, Bolqarıstan, Pakistan,  Hindistan, Belarusiya,  İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan), ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları gözlənilir.

Xəbərlər

Mirzə Uluqbəy adına Özbək Milli Universitetinin əməkdaşları BDU-da olublar

Mirzə Uluqbəy adına Özbək Milli Universitetinin əməkdaşları BDU-da olublar
30/04/2025

BDU Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti ilə anlaşma memorandumu imzalayıb
30/04/2025

BDU-nun Filologiya fakültəsində tanınmış şair Fəxrəddin Ziya ilə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış şair Fəxrəddin Ziya ilə görüş
30/04/2025