BDU-da “Diferensial daxilolmalar üçün ekstremal məsələdə yüksək tərtibli cərimə haqqında” mövzusunda elmi seminar

19/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Diferensial daxilolmalar üçün ekstremal məsələdə yüksək tərtibli cərimə haqqında” mövzusunda onlayn elmi seminar keçirilib.

Mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov elmi seminarı giriş sözü ilə açaraq optimal idarəetmə və variasiya məsələlərinin təbiətdə və cəmiyyətin müxtəlif sahələrində, iqtisadi məsələlərdə, tətbiqi məsələlərdə əhəmiyyətli və  mühüm amil olduğunu nəzərə çatdırıb.

Sonra İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Sadıqov “Diferensial daxilolmalar üçün ekstremal məsələdə yüksək tərtibli cərimə haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə diferensial daxilolmanın həllinin ekstremal məsələlərdə yüksək tərtib dəqiq cərimə teoremləri müzakirə edilib.

Elmi seminarda professorlar - Sadiq Abdullayev, Əli Əhmədov, Nizaməddin İsgəndərov, Ziyatxan Əliyev, Hamlet Quliyev və başqalarının mövzu ətrafında çıxış ediblər.

 

 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024