BDU-da Dövlət Gömrük Komitəsinin 20 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans keçirilib

27/01/2012

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illik yubileyinə həsr edilmiş «Qloballaşma şəraitində iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük tənzimlənməsinin rolu» mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçirilib.

Plenar iclası giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov beynəlxalq elmi-praktiki konfransın iştirakçılarını salamlayıb, Dövlət Gömrük Komitəsinin 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, konfransın işinə uğurlar arzu edib. Rektor deyib ki, konfransa dünyanın 18 ölkəsindən nümayəndələr qatılıb və onlar bölmə iclaslarında məruzələrlə çıxış edəcəklər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı, professor Aydın Əliyev açılış nitqində konfransın əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb.

Sonra plenar iclasın məruzələri dinlənilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi Siyasət Komissiyasının sədri, akademik Ziyad Səmədzadə «Yeni müstəqil dövlətlərdə iqtisadi təhlükəsizlik sisteminin formalaşması və inkişafi problemləri», Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Azərbaycan gömrüyü-20 il”, Varşavanın Ali Gömrük Məktəbinin Beynəlxalq Gömrük Əlaqələri kafedrasının professoru Veslav Çijoviç «21-ci əsrdə siyasi və gömrük hüququnda iqtisadi təhlükəsizlik – nəzəri və təcrübi aspektlər”, İsveçin gömrük siyasəti departamentinin direktoru, İsveç gömrükçüsü Lars Karlsson isə “Sərhədsiz gömrük? Qloballaşan dünyada ticarət və gömrük vasitəsilə hökumət üçün yeni imkanların yaradılması» adlı məruzələr ediblər.

Beynəlxalq elmi-praktiki konfrans işini “Gömrük siyasəti iqtisadi siyasətin tərkib hissəsi kimi”, “Gömrük sisteminin idarə edilməsi və onun inkişafı istiqamətləri”, “Gömrük tənzimlənməsinin formaları: tarif və qeyri tarif aspektləri, onların təkmilləşdirilməsi istiqamətləri”, “Xarici iqtisadi fəaliyyət sferasında hüquqpozmalara qarşı mübarizənin iqtisadi təhlükəsizliyin təmin olunmasında rolu” bölmələrində davam etdirib.

Mətbuat və İnformasiya şöbəsi, 27 yanvar 2012-ci il.

 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024