BDU-da dəyirmi masa: “Hiss və fəaliyyət: duyğuların idarə olunması və fəaliyyətə əsaslanan addımlar”

12/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “Hiss və fəaliyyət: duyğuların idarə olunması və fəaliyyətə əsaslanan addımlar” mövzusunda dəyirmi masa keçirilib.

Psixologiya kafedrasının dosenti Yamən Vəliyevanın moderatorluğu ilə keçirilən dəyirmi masada iştirakçılar hisslərin insanın fəaliyyətində, şəxsiyyət kimi formaşmağında aparıcı rol oynadığını qeyd ediblər. Düzgün ifadə olunmayan hisslər davranışa, qərarvermə prosesinə və sosial münasibətlərə birbaşa təsir göstərir, psixoloji problemlərə səbəb olur. Buna görə də insan özünü anlamaqla, hisslərini ifadə etməklə emosional zəkasını gücləndirə və münasibətlərini daha sağlam edə bilər.

Dəyirmi masada hisslərin əxlaqi, intellektual, estetik və psevdohisslər formasında insanların fəaliyyətinə təsiri məsələləri müzakirə edilib. Hisslərin ancaq insanlara məxsus olduğu və onların fəaliyyətini idarə etdiyi fikri də tədbirin xüsusi müzakirə obyektinə çevrilib.

Xəbərlər

BDU-nun SABAH qruplarının tələbələri üçün “Uşaq ədəbiyyatında zəfər” adlı tədbir keçirilib

BDU-nun SABAH qruplarının tələbələri üçün “Uşaq ədəbiyyatında zəfər” adlı tədbir keçirilib
07/11/2025

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
07/11/2025

BDU tələbələri arasında “Şanlı Zəfər” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb

BDU tələbələri arasında “Şanlı Zəfər” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb
07/11/2025