BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

02/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün “Elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması” mövzusunda növbəti təlim keçirilib.

BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov təlimdə elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, müasir elmi resurslar və akademik məlumat bazalarından səmərəli istifadə, elmi ədəbiyyatın sistemli şəkildə axtarışı və seçilməsi, elmi nəşrlərin beynəlxalq təsirinin artırılması ilə bağlı məsələlərdən bəhs edib.

İştirakçılara elmi tədqiqat və nəşr prosesində etibarlı akademik mənbələrdən istifadə, müvafiq elmi ədəbiyyatın müəyyənləşdirilməsi və qiymətləndirilməsi, elmi məqalələrin beynəlxalq elmi auditoriyaya çıxış imkanlarının genişləndirilməsi ilə bağlı məlumat verilib.

Bununla yanaşı, elmi məqalələrin nəşri üçün uyğun jurnalların seçilməsi, jurnalların elmi göstəricilərinin və beynəlxalq elmi məlumat bazalarında indekslənmə statusunun qiymətləndirilməsi, elmi nəşrlərin sitat təsirinin artırılması üzrə yanaşmalar diqqətə çatdırılıb.

Qeyd edək ki, silsilə təlimlər BDU-da elmi-tədqiqatların keyfiyyətinin davamlı yüksəldilməsi, professor-müəllim heyətinin müasir elmi resurs və nəşr imkanlarından səmərəli istifadəsinin dəstəklənməsi, tədqiqat nəticələrinin, universitetin elmi potensialının daha geniş tanıdılması məqsədilə həyata keçirilir.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026