BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans başa çatıb

14/11/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Kilis 7 Aralık Universitetinin birgə təşkilatçılığı ilə keçirilən EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans başa çatıb. Bağlanış mərasimində qeyd olunub ki, 33 ölkədən alim və tədqiqatçıların, dövlət qurumları və biznes strukturlarının nümayəndələrinin iştirakı konfransı regional və qlobal miqyasda mühüm elmi dialoq platformasına çevirib.

Tədbirdə Bakı Dövlət Universiteti və Kilis 7 Aralık Universiteti arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə empirik tədqiqatların aparılması, ortaq nəşrlərin hazırlanması və gənc tədqiqatçıların bu prosesə daha fəal cəlb olunması ilə bağlı gələcək planlar diqqətə çatdırılıb. Konfrans çərçivəsində aparılan müzakirələr əsasında iqtisadiyyatın dayanıqlı inkişafı, dövlət maliyyəsinin şəffaf idarə olunması, yaşıl keçid, sosial bərabərlik və innovativ idarəetmə modelləri üzrə bir sıra tövsiyə xarakterli nəticələr formalaşdırılıb.

Bağlanış mərasimində məruzəçilərə və sessiya moderatorlarına sertifikatlar təqdim olunub.

Çıxış edənlər konfransın Türkiyə və Azərbaycan arasında mövcud strateji müttəfiqliyin elm və təhsil müstəvisində daha da dərinləşməsinə xidmət etdiyini, elmi əməkdaşlığın yeni istiqamətlərinə yol açdığını bildiriblər.

Xəbərlər

BDU-nun dosenti Tariel Abbasov vəfat edib

BDU-nun dosenti Tariel Abbasov vəfat edib
10/06/2026

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10/06/2026

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10/06/2026