BDU-da geoməkan və kosmik informasiya infrastrukturu ilə bağlı elmi-praktik konfrans başa çatıb

07/12/2022

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Kosmik Agentliyinın (Azərkosmos) təşkilatçılığı ilə Coğrafiya fakultəsinin Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 50 illik yubileyinə həsr olunmuş “XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları” adlı elmi-praktik konfrans başa çatıb. Konfransın ikinci günündə kosmik informasiya infrastrukturu və təbiət elmlərinin inkişafında geoməkan məlumatlarına dair mövzularda 20 məruzə dinlənilib, bu sahələrin inkişafı ilə bağlı təklif və tövsiyələr formalaşdırılıb.

Tədbirin sonunda konfrans iştirakçılarının Azərkosmosun Müşviqabad qəsəbəsində yerləşən Mərkəzinə ekskursiyası təşkil olunub. Mərkəzin aparıcı mütəxəssisi Aqil Əhmədov Azərkosmos tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerinə yetirilən layihələr və onların nəticələri haqqında məlumat verib. Sonra Azərkosmosun ictimaiyyətlə əlaqələr üzrə meneceri Fidan Behbudova tədbir iştirakçılarını Beynəlxalq Astronavtika Cəmiyyətinin 2023-cü ildə Bakıda keçiriləcək konqresi ilə bağlı məlumatlarla tanış edib.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026