BDU-da I Türkoloji Qurultayın ortaq əlifba və orfoqrafiya sahəsində elmi-nəzəri prinsiplərinə dair ustad dərsi

10/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş ustad dərs keçirilib.

Tədbirdə Şərqşünaslıq fakültəsinin məzunu, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, dosent Elçin İbrahimov “Birinci Türkoloji Qurultaydan müasir dövrə: Ortaq əlifba və orfoqrafiya ideyasının 100 illik elmi-ideoloji yürüşü” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultayın ortaq əlifba və orfoqrafiya sahəsində ortaya qoyduğu elmi-nəzəri prinsipləri müasir dövrün dilçilik reallıqları ilə müqayisəli təhlil edib. Bildirib ki, bu təşəbbüs türkdilli xalqlar arasında qrafik uyğunluğun təmin olunması, vahid yazı normalarının hazırlanması və ortaq orfoqrafik modelin elmi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, müasir dövrün sosial-linqvistik reallıqları türkdilli xalqlar arasında əlifba seçimi, yazı standartları və orfoqrafiya normalarının yenidən nəzərdən keçirilməsini aktuallaşdırır.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında müasir türkologiyanın aktual problemlərinə həsr olunan xüsusi layihələrə və debatlara tələbələrin daha fəal cəlb olunmasının vacibliyini vurğulayıb. O, həmçinin Qarabağ Universiteti ilə birgə elmi layihələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb.

Tədbir interaktiv müzakirə şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda Elçin İbrahimov müəllifi olduğu kitabları tələbələrə və Şərqşünaslıq fakültəsinin kitabxanasına hədiyyə edib.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026