BDU-da “Karbon nanoboruları və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması” mövzusunda elmi seminar
04/03/2021
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun böyük elmi işçisi Gülnaz Qəhrəmanova “Karbon nanoboruları (KNB) və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması” adlı məruzə ilə çıxış edib. Məruzədə KNB/polimer kompozitlərinin elektrik, möhkəmlik, optik xassələri haqqında danışılıb, onların tətbiq sahələrindən birinin keçirici kompozitlərin hazırlanması olduğu qeyd edilib. Eyni zamanda, KNB/polimer kompozit təbəqələrin nanoelektronika, sensor texnologiyası, aerokosmos və digər sahələrdə tətbiq imkanlarından bəhs edilib.
Seminar mövzu ətrafında müzakirə ilə davam edib.
![]() |
![]() |
![]() |
Xəbərlər
BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”
BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”
BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar
BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar
BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır
BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır



