BDU-da “Müasir kliniki genetik test platformaları və sekvensiya texnologiyaları” mövzusunda elmi seminar

02/03/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Müasir kliniki genetik test platformaları və sekvensiya texnologiyaları” mövzusunda elmi seminar keçirilib.

Biofizika və Biokimya kafedrasının müəllimi Nigar Hüseynova məruzəsində müasir kliniki genetik testlər, yeni nəsil sekvensiya texnologiyası və onların irsi xəstəliklərin diaqnostikası, irsi xəstəliklərə meyllilik və presimptomatik skrininqlər, ailə planlaması zamanı aparılan skrininq testlər, hədəfli gen terapiyası kimi sahələrə tətbiq edilməsi barədə danışıb.  Tədqiqat zamanı ənənəvi sitogenetik üsullar, in-situ flüoressent hibridləşmə (FİSH), xromosomal və genotipik mikroçip, sekvensiya texnologiyaları informativlik və effektivlik baxımından müqayisəli şəkildə xarakterizə edilib.

Məruzəçi biologiya elmləri sahəsində inqilaba səbəb olan yeni nəsil sekvensiya və ya paralel massiv sekvensiya texnologiyalarının tədbiq sahələrinə də diqqət çəkib. Nigar Hüseynova bildirib ki, geniş analiz diapazonuna malik yeni nəsil sekvensiya xərçəng xəstəliyinin müxtəlif növlərinin analizində biomarkerlərin öyrənilməsi üçün əvəzsizdir. Bu texnologiya vasitəsilə xərçəngin müxtəlif növləri arasında çox incə və bu gunə qədər aşkar edilməsi mümkünsüz olan fərqləri müəyyən etmək imkanı realdır. Onkogenlərin spesifikliyi haqqında əldə edilən məlumatlar son zamanlar gündəmdə olan hədəfli onkologiyanın inkişafına güclü təkan verib.

Daha sonra məruzəçi sualları cavablandırıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026