BDU-da Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabın təqdimat mərasimi keçirilib - VİDEO

26/09/2014

Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən bəhs edən rektor, onun 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmasından, Azərbaycan ədəbiyyatına, elminə və təhsilinə dəyərli töhfələr verməsindən bəhs edib.

Mir Cəlal Paşayevin  1961-ci ildən 1978-ci ilə qədər Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etməsindən danışan rektor onun “Ədəbiyyatşünaslığın əsasları” kursunun təməlini qoymasından, ömrünün sonuna qədər bu kursu tədris etməsindın, filologiya elmində məktəb yaratmasından danışıb. Qeyd edib ki, Mir Cəlal Paşayev 36 nəfərin namizədlik və doktorluq işinə rəhbərlik edib, “Füzulinin poetik xüsusiyyətləri ” (1940),  “ Füzulinin sənətkarlığı ” (1958; 1994), “C.Məmmədquluzadə realizmi haqqında” (1966), “XX əsr Azərbaycan ədəbiyyatı” (F.Hüseynovla) (1969; 1974; 1982;), “Ədəbiyyatşünaslığın əsasları” (P.Xəlilovla) (1972; 1988; 2005), “Klassiklər və müasirlər” (1973), “Azərbaycanda ədəbi məktəblər – 1905 - 1917” ( 2004) adlı sanballı əsərlər yaradıb. Böyük ədib və alim Mir Cəlal Paşayevin müdrik insan, nadir bir şəxsiyyət olduğunu deyən rektor onun müxtəlif janrlarda olan bədii əsərlərinin həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurduğunu diqqətə çatdıraraq deyib ki, Mir Cəlal Paşayev Azərbaycan ədəbi tarixində həm böyük ədib, alim, həm də görkəmli pedaqoq kimi daim qalacaqdır.

Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov, BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli, Təhsil Nazirliyinin müavini Fridun Qurbanov və BDU-nun kafedra müdiri,  akademik Vasim Məmmədəliyev XX əsr Azərbaycan ədəbi prosesinin inkişafında böyük ədib və alim Mir Cəlal Paşayevin mühüm rolunu vurğulayıblar.

Kitabın redaktoru, BDU-nun kafedra müdiri Ədibə Paşayeva professor Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr verdiyini, alimin şərəfli ömür yolunun nəsillərə layiqli örnək olduğunu vurğulayıb. Kitabda ədibin indiyədək dərc olunmamış yazıları, fotoşəkillər və elmi işçilərə verdiyi rəylər yer alıb.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2014-cü il.


Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024