BDU-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransa hazırlıq işləri davam edir

02/12/2021

Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə dekabrın 23-24-də “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans şairin həyat və yaradıcılığının bütün istiqamətlər üzrə yeni yanaşmalarla tədqiq və təhlil edilməsinə, onun dünyada ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışlarının daha dərindən öyrənilib, dünyaya çatdırılmasına kömək edəcək.

BDU-nun Filologiya fakültəsində “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda Beynəlxalq elmi konfransına hazırlıq işləri ilə əlaqədar konfransın yerli Təşkilat Komitəsi üzvlərinin iclası keçirilib. Yerli Təşkilat Komitəsinin sədri Mehriban Əlizadə konfransa tezislərin qəbulunun artıq başa çatdığını, ümumilikdə 150-yə yaxın tədqiqatçının məruzə etmək üçün müraciət etdiyini bildirib.

Qeyd edək ki, konfransda “Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi”, “Fəlsəfi fikir tarixində Nizami fenomeni”, “Azərbaycan ədəbiyyatında Nizami ənənələri”, “Nizami və tarix”, “Nizami və folklor”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami və türk xalqları ədəbiyyatı”, “Nizaminin ictimai baxışları”, “Nizami irsi dünya mədəniyyəti kontekstində”, “Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi” və s. istiqamətlər üzrə məruzələr dinləniləcək.

Xəbərlər

BDU-nun magistr məzunları öz təəssüatlarını bölüşür: “Təhsil aldığımız müddətdə təhsilin əhəmiyyətini daha yaxşı dərk etdik”

BDU-nun magistr məzunları öz təəssüatlarını bölüşür: “Təhsil aldığımız müddətdə təhsilin əhəmiyyətini daha yaxşı dərk etdik”
10/08/2022

2022/2023-cü tədris ili üçün BDU-ya əcnəbi vətəndaşların qəbulu davam edir

2022/2023-cü tədris ili üçün BDU-ya əcnəbi vətəndaşların qəbulu davam edir
10/08/2022

Bakı Dövlət Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul aparılır

Bakı Dövlət Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul aparılır
10/08/2022