BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib

24/10/2025

Bakı Dövlət Universiteti və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, bu il xalqımız Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil siyasətini daha cəsarətlə davam etdirən ölkəmizin milli maraqları baxımından tarixi və rəmzi bir qərardır. Son illər Azərbaycanda məhkəmə sistemində aparılan istlahatlar məhz insan hüquq və azadlıqlarının qorunması kimi müqəddəs amala xidmət edir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların, Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların təbliğ olunmasında belə tədbirlərin xüsusi rolu var.

Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova bildirib ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüz və suverenliyimiz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü iradəsi və Ordumuzun şücaəti sayəsində tam bərpa olunub. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda  məhkəmə sistemi təkmilləşdirilib, yeni qanun və məcəllələr qəbul edilib, ölkəmizdə yeni hüquqi dövlətin möhkəm əsası, üçpilləli məhkəmə sistemi yaradılıb, ali konstitusiya nəzarət orqanı olan Konstitusiya Məhkəməsi təsis olunub. Bu gün də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmələrin rolunun artırılması istiqamətində islahatlar davam etdirilir.

BDU-nun Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev, Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, dosent Əsmər Əliyeva, Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasova çıxışlarında Azərbaycan Konstitusiyasının insan hüquqları konsepsiyasına əsaslandığını vurğulayıblar. Qeyd olunub ki, insan hüquq və azadlıqlarının təmin olunmasında, Konstitusiya dəyərlərinin gənc nəslə ötürülməsində hüquq təhsilinin önəmli rolu var. Ədalətli hüquq sisteminin və məhkəmələrin yaradılması ədalətli hüquqşünasların yetişdirilməsindən keçir.

Tədbir çərçivəsində Binəqədi Rayon Məhkəməsinin hakimləri – hüquq elmləri doktoru, dosent Aytəkin İbrahimovanın “Azadlıq hüququ: tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları əsas konstitusion prinsip kimi”, Anar Rzayevin “Məhkəmə hakimiyyəti və onun həyata keçirilməsi vasitələri: konstitusiya, cinayət, mülki və inzibati məhkəmə icraatı kontekstində” mövzularında təlimləri təşkil olunub.

 

 

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026