BDU-da “Oxu təlimi: diferensial yanaşmanı təmin edən effektiv tədris metodu” mövzusunda ustad dərsi

07/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının təşəbbüsü ilə “Oxu təlimi: diferensial yanaşmanı təmin edən effektiv tədris metodu” mövzusunda ustad dərsi keçirilib.

Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Əhəd Cavadov bildirib ki, kurikulum əsasında tərtib olunan orta məktəb dərsliklərində və müəllim üçün nəzərdə tutulan metodik vəsaitlərdə məzmun standartlarının ikincisi olan oxu təlimindən tədrisə diferensial yanaşmanı təmin edən effektiv tədris metodu kimi istifadə olunur. Bu təlim mətnin ifadəli oxusu ilə məzmunu üzərində işi bir-biri ilə əlaqələndirən müxtəlif modelləri əhatə edir. Buraya səsli, sürətli, diqqətli, sual verərək, proqnozlaşdırılmış, rollar üzrə, tənqidi və müzakirə edərək oxu növləri daxildir.

Çıxışda qeyd olunub ki, oxu bacarığı hər bir şəxsin intellektual səviyyəsinin əsas göstəricilərindən sayılır. Eyni yaş qrupuna malik şəxslər arasında oxu bacarıqları müxtəlif ola bilər, məhz buna görə də müəllim oxu prosesinə diferensial şəkildə yanaşmalı, hər bir şagirdin nitq qabiliyyətini nəzərə almalıdır.

Məruzəçi onu da diqqətə çatdırıb ki, oxu məzmun standartı mətndə tanış olmayan sözlərin mənasını müəyyənləşdirməyi, mətnin məzmun və strukturunu mənimsəməyi özündə birləşdirir. Bu zaman şagirdin müstəqil fəaliyyəti və müəllimin fasilitatorluğu bir-biri ilə əlaqələndirilməli, hər bir şagirdin fərdi xüsusiyyətləri, dünyagörüşü, əqli və fiziki qabiliyyəti daim diqqət mərkəzində olmalıdır. Bildirilib ki, əldə olunan nəticələrdən Azərbaycan dilinin tədrisi metodikası və ifadəli oxu fənlərinin tədrisində istifadə edilə bilər.

Sonra Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayeva, həmin kafedranın dosentləri Rəhilə Quliyeva, Rəna Mahmudova və Məhbubə Qurbanova mövzu ilə bağlı çıxışlar ediblər. Müzakirələrdə oxuda sürət məsələsinə riayət etməyin vacibliyi diqqətə çatdırılıb. “Strategiyalı oxu nə deməkdir?” sualına cavab axtarılıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024