BDU-da professor Şirməmməd Hüseynovun anadan olmasının 97 illiyinə həsr olunmuş tədbir keçirilib

17/12/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tədqiqatçı alim, BDU-nun professoru mərhum Şirməmməd Hüseynovun doğum günü yad edilib.

İlk olaraq Jurnalistika fakültəsinin professor-müəllim heyəti, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova İkinci Fəxri Xiyabanda tədqiqatçı alimin  məzarını ziyarət ediblər.

Daha sonra fakültədə mətbuat ziyalısı Şirməmməd Hüseynovun anadan olmasının  97  illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir həm də bu günlərdə alimin həyat yoldaşı Ülkər Hüseynovanın müəllifiliyi ilə çapdan çıxmış “Cümhuriyyət adamı” kitabının təqdimatına həsr edilib.

Tədbirin moderatoru Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Şirməmməd Hüseynovun bir ustad olaraq Azərbaycan jurnalistikasındakı rolundan və yaratdığı elmi məktəbdən, zəngin yaradıcılığından danışıb.

Sonra görkəmli alimin ömür-gün yoldaşı Ülkər Hüseynova çıxış edərək bugünki tədbirə görə hər kəsə minnətdarlığını bildirib. Onun xatirəsinin belə sevinclə, məhəbbətlə yad edilməsinə görə  təşəkkürünü ifadə edib. Şirməmməd müəllim haqqında fikirlərini bölüşən Ülkər xanım, kitabda görkəmli alim haqqında yazılmış məqalələrin toplandığını bildirib. Kitabın ikinci hissəsinin üzərində işlədiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev BDU-da hər zaman ustad müəllimlərə və alimlərə böyük ehtiramın olduğunu, onların yad edildiyini, bu ənənənin bu gün də yaşadıldığını vurğulayıb, Şirməmməd Hüseynovun tədqiqatçı-alim fəaliyyətinə yüksək qiymət verildiyini bildirib.

Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Allahverdi Məmmədli, Nəsiman Yaqublu, Həmid Vəliyev, Akif Rüstəmov, dekan müavini Samir Mirzəyev  Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynovun uzun illər milli mətbuatımızın açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, araşdırmaları ilə üzə çıxararaq nəşr etdiyini diqqətə çatdırıblar. Görkəmli alimin müəllifi olduğu kitabların böyük əksəriyyətinin sanballı, ensiklopediya səviyyəsində olan əsərlər olduğunu bildiriblər.

Sonra söz ustadının xatirəsinə həsr olunan videçarx nümayiş olunub.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024