BDU-da professor Kərim Tahirovun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar keçirilib

19/11/2021

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov professor Kərim Tahirovu Universitet rəhbərliyi adından salamlayıb, ona 70 illik yubileyi münasibətilə rəhbərliyin təbriklərini çatdırıb. Bildirib ki, Kərim Tahirov Azərbaycanda görkəmli kitabxanaşünas alim, eyni zamanda kitabxana işinin təşkilatçısı kimi tanınır. Məhz onun Milli Kitabxanaya rəhbərlik etdiyi dövrdə Milli Kitabxana bir sıra mühüm layihələr həyata keçiribdir. O, qeyd edib ki, 70 illik yubileyi münasibətilə Kərim Tahirovun ölkə başçımız cənab İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması alimin fəaliyyətinə dövlətimiz tərəfindən verilən yüksək qiymətdir.  
Elmi seminarda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Professor Kərim Tahirov görkəmli kitabxanaşünas alim və kitabxana işinin təşkilatçısı kimi” mövzusunda məruzə edib. Məruzədə vurğulanıb ki, alimin elmi-tədqiqat və təşkilatçılıq fəaliyyətində Ümummilli liderimiz Heydər Əliyevin kitabxanaçılıq-informasiya sahəsi üzrə irsinin tədqiqi, bibliometrik təhlili və təbliği aparıcı xətt təşkil edir. Onun rəhbərliyi ilə Ümummilli liderə həsr olunmuş fundamental biblioqrafiya və eyni adlı biblioqrafik məlumat bazası hazırlanmışdır. Alimin Azərbaycanda kitabxana işinin hüquqi bazasının yaradılmasındakı rolu, Milli Kitabxananın elektronlaşdırılması platformasının həyata keçirilməsindəki xidmətləri, ölkəmizdə elm, mədəniyyət və ədəbiyyatşünaslıq üzrə biblioqrafik vəsaitlər sisteminin formalaşması sahəsindəki səmərəli fəaliyyəti də məruzədə əksini tapıb. Eyni zamanda professor Kərim Tahirovun Milli Kitabxananın qlobal informasiya mühitinə inteqrasiyasının təşkilindəki nailiyyətləri, Azərbaycan kitabının retrospektiv biblioqrafik repertuarının, Kitabxana Ensiklopediyasının çap olunmasındakı xidmətləri də diqqətə çatdırılıb.
Elmi-praktik seminarda Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, akademik Nizami Cəfərov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, professor Qulu Məhərrəmli, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, Sevda Xələfova çıxış edərək alimin elmi-pedaqoji və idarəetmə fəaliyyətindən bəhs ediblər.
Professor Kərim Tahirov onun əməyinə verilən yüksək dəyərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, eyni zamanda yubileyinə həsr edilmiş tədbirin təşkilatçılığına görə BDU rəhbərliyinə təşəkkürünü çatdırıb.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024