BDU-da Qazax xanlığının yaranmasının 550, Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib

22/12/2015

Bakı Dövlət Universitetində Qazax xanlığının yaranmasının 550 və müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib.  Əvvəlcə konfrans iştirakçıları Qazaxıstan Respublikasının tarixi və mədəniyyətinə həsr olunmuş kitabların sərgisi və Bakı Dövlət Universitetində Abay Kunanbayev adına Mərkəzin fəaliyyəti ilə tanış olublar.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq Bakı Dövlət Universitetinin tarixi və bu günü, o cümlədən beynəlxalq əlaqələri və Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından bəhs edib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Qazaxıstan respublikaları arasında qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən rektor bu münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tarixi xidmətlərini xüsusilə vurğulayıb. Çıxışını  prezident İlham Əliyevin “XXI əsr türk dünyası əsri olacaq” fikri ilə davam etdirən  rektor Abel Məhərrəmov Qazax xanlığının tarixindən, sonralar qüdrətlənərək Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafındakı rolundan, görkəmli qazax yazıçısı Abay Kunanbayevin yaradıcılığından bəhs edib.

Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri cənab Beybit İsabayev konfransa təqdim olunmuş elmi məqalələrdən ibarət "Qazaxıstan xanlığı: mənşəyi, adət-ənənələri və irsi" adlı  kitab barədə danışıb.

Sonra tədbirdə görkəmli qazax şairi, yazıçı, alim və ictimai xadim Oljas Süleymenov, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, professor Qalimkair Mutanov,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi  Ramil Həsənov, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Xıdırəli, Türk Mədəniyyəti və İrsi  Fondunun prezidenti  Günay Əfəndiyeva çıxış edib.

Hər iki ölkənin tanınmış elm adamları - İsa Həbibbəyli, Nizami Cəfərov, Bərəkət Karibayev, Bulat Kumekova, Zayniddin Kurmanov və Qaybulla Babayarovun çıxışları maraqla qarşılanıb.

Sonra Əl Fərabi adına Qazaxıstanın Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb, xatirə hədiyyələri təqdim olunub. Tədbirin sonunda Qazax xanlığı haqqında sənədli film və Qazaxıstan Milli Universiteti ilə BDU-nun yaradıcı qruplarının  təşkil etdiyi  konsert maraqla izlənilib.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfrans çərçivəsində qazaxıstanlı alimlərin tələbə və magistrantlar qarşısında mühazirələri nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 22 dekabr 2015-ci il.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024