BDU-da “Qədimdən bu günümüzə doğru: milli birlik və Novruz ənənələri” mövzusunda elmi seminar

15/03/2022

Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində "Qədimdən bu günümüzə doğru: milli birlik və Novruz ənənələri” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda BDU-nun SABAH Mərkəzinin müəllimi, Demokratik Proseslərin Beynəlxalq Araşdırma Mərkəzi İctimai Birliyinin sədri, BMT Sivilizasiyalar Alyansı Təşkilatının üzvü, dosent Adil Rəcəbli mövzu ilə bağlı çıxış edib.

O, məruzəsində Novruzun tarixi kökləri, qaynaqları barədə danışıb, Novruza dair  miflərdən nümunələr çəkib. Müəllif Novruz bayramının beynəlxalq-siyasi mahiyyətinə görə Asiya, Avropa və Afrika qitələrində müxtəlif xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları əhatə etdiyini, onların tarixində fenomenal mədəniyyət hadisəsi olduğunu qeyd edib.

Adil Rəcəbli vurğulayıb ki, Novruz ənənələri Azərbaycanda milli kimliyin, birliyin formalaşması və möhkəmlənməsində böyük rol oynayır, xalqın maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edir.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin martında Şuşada Novruz tonqalını yandıraraq xalqa müraciətini əks etdirən videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026