BDU-da “Qızıl yataqlarının axtarışı və kəşfiyyatında elektrik kəşfiyyatı üsullarının tətbiqinin xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib

06/07/2021

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Qızıl yataqlarının axtarışı və kəşfiyyatında elektrik kəşfiyyatı üsullarının tətbiqinin xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

AzGP Engineering MMC-nin direktoru, BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Parisa Zabolestani “Qızıl yataqlarının axtarışı və kəşfiyyatında elektrik kəşfiyyatı üsullarının tətbiqinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.  Seminarda qızıl yataqlarının geoloji və geodinamik xüsusiyyətlərinin araşdırılması, regional aeromaqnit ölçüləri əsasında lokal anomaliyaların müəyyən edilməsi, İP və müqavimət usulları vasitəsi ilə 3D fomatında geoelektirik kəsilişlərin tərtibi, kompleks geoloji və elektrik kəşfiyyatı üsullarının effektivliyinin qiymətləndirilməsi üzrə müzakirələr aparılıb.

Xəbərlər

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur
10/04/2026

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
10/04/2026

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı
10/04/2026