BDU-da Samur-Dəvəçi fiziki-coğrafi rayonunun sahilyanı ərazilərinin CİS mühitində tədqiqi davam edir

19/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Samur-Dəvəçi fiziki-coğrafi rayonunun sahilyanı ərazilərində landşaft tiplərinin transformasiyasına təbii və antropogen amillərin təsirinin Coğrafi İnformasiya Sistemləri (CİS) mühitində təhlili” mövzusunda elmi seminar keçirilib.

Mövzu üzrə məruzə edən fakültənin doktorantı Günay Abbasova bildirib ki, CİS-lər müasir dövrdə ərazilərin elmi əsaslarla öyrənilməsində mühüm rol oynayır. Tədqiq olunan ərazi DEM (Rəqəmsal Yüksəklik Modeli - Digital Elevation Model), “Slope” (“Meyillilik) və “Aspect” (“Baxarlılıq”) üsulları ilə araşdırılıb. DEM təhlilləri nəticəsində müəyyən olunub ki, tədqiqat ərazisinin yüksəklik diapazonu 26 metrdən 680 metrə qədər dəyişir. Meyillilik xəritəsi əsasında ərazi altı kateqoriyaya bölünüb. Baxarlılıq xəritəsi isə yamacların hansı istiqamətdə baxdığını təhlil etməyə imkan verir. Bu amil günəş radiasiyası və rütubət balansına təsir etdiyindən, landşaft tiplərinin formalaşmasında əhəmiyyətli rol oynayır.

CİS mühitində aparılmış təhlillər göstərir ki, 2017-2024-cü illər ərzində 1009 km² ərazi intensiv parçalanmış dağətəyi arid meşə-kolluq landşaftına, 447,7 km² ərazi orta dərəcədə parçalanmış dağarası düzənliklərə, 896 km² ərazi isə orta və zəif parçalanmış dağarası düzənliklərə və ovalıqlara aid olub.

Sonda fakültənin professor-müəllim heyəti məruzə ilə bağlı fikirlərini bildiriblər. Seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025