BDU-da simulyasiya konfransı: “Qlobal informasiya təhlükəsizliyi və medianın beynəlxalq münaqişələrdə rolu”

08/05/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvləri və “Xarıbülbül” Diplomatiya Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Qlobal informasiya təhlükəsizliyi və medianın beynəlxalq münaqişələrdə rolu” mövzusunda simulyasiya konfransı keçirilib.

Simulyasiya konfransı çərçivəsində fərqli ölkə nümayəndələrini təmsil edən tələbələr mövzu üzrə çıxışlar ediblər. İştirakçılar beynəlxalq müstəvidə qlobal informasiya təhlükəsizliyi və beynəlxalq münaqişələrdə medianın təsir gücü ilə bağlı daha ətraflı məlumat əldə etmək, beynəlxalq münasibətlərin təhlili və praktiki istifadəsi ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Simulyasiya konfransının iştirakçıları təmsil etdikləri ölkələrin mövqeyinə uyğun olaraq real situasiyalar əsasında qərar qəbuletmə prosesində iştirak ediblər.

Qeyd edək ki, simulyasiya informasiya təhlükəsizliyinin çağdaş dövrdə beynəlxalq təhlükəsizlik modelindəki yerini vurğulamaq, medianın münaqişələrin gedişinə və həllinə təsir imkanlarını təhlil etmək, eləcə də tələbələrə praktik bilik və bacarıqlar qazandırmaq məqsədilə təşkil edilib.

Xəbərlər

Fədakarlıq, zəriflik bayramı

Fədakarlıq, zəriflik bayramı
08/03/2026

BDU-nun “Tələbə evi”ndə Beynəlxalq Qadınlar Günü qeyd olunub

BDU-nun “Tələbə evi”ndə Beynəlxalq Qadınlar Günü qeyd olunub
08/03/2026

Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin anım günüdür

Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin anım günüdür
07/03/2026