BDU-da Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015 adlı 5-ci Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

27/08/2015

Bu gün Bakı Dövlət Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015 adlı 5-ci Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan Rabitə Və Yüksək Texnologiyalar Naziri Əli Abbasov beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyindən danışıb. Nazir həmçinin bildirib ki, əgər biz inkişaf etmiş ölkələrlə rəqabət etmək istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət verməliyik.

Daha sonra çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. O, vurğulayıb ki,  elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin "ən yaxşı" şəkildə idarə olunması tələb olunmasın.

Çıxışının sonunda rektor Abel Məhərrəmov Rabitə Və Yüksək Texnologiyalar Naziri Əli Abbasova konfransın təşkilində fəal iştirakına görə təşəkkür edib və onu “Universitetin dostu” diplomu ilə mükafatlandırıb. Konfransda iştirak edən xarici professorlar isə “Fəxri qonaq” diplomu ilə  təltif ediliblər.

Qeyd edək ki, konfransın mövzularına “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir.

Dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-ə qədər məruzə ediləcəyi gözlənilir. Artıq ənənə şəklini almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Bilkənd Universitetində - Türkiyədə, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində - Bolqarıstanda baş tutub.

Mətbuat və İnformasiya şöbəsi, 27 avqust 2015-ci il.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024