BDU-da "Tarix fakültəsinin tanınmış məzunları ilə görüş" layihəsinə start verilib

26/01/2022

Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Tarix fakültəsinin tanınmış məzunları ilə görüş" mövzusunda silsilə tədbirlərin ilk qonağı Milli Məclisin üzvü Naqif Həmzəyev olub.

Tədbirdə Tarix fakültəsinin dekan müavini Elnur Əbilov çıxış edərək layihənin əhəmiyyətindən danışıb.

Milli Məclisin üzvü Naqif Həmzəyev tələbələrlə olan səmimi görüşündə gənclərə öz tövsiyələrini verərək, tələbəlik illərindən bəhs edib. O, bildirib ki, Tarix fakültəsi hər zaman vətənə, millətə layiqli xidmət edən gənclər yetişdirib.

Daha sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov da belə tədbirlərin fakültənin və tələbələrin təhsil həyatında xüsusi rol oynadığını qeyd edib.

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov dövlətimizin həyata keçirdiyi gənclər siyasətindən danışıb, tələbələrlə görüşə görə millət vəkili Naqif Həmzəyevə təşəkkürünü bildirib.

Sonda Naqif Həmzəyev tələbələrin suallarını cavablandırıb.

Xəbərlər

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı
16/05/2025

BDU-da “Elmi tədqiqatın aparılması və elmi əsərin yazılması” mövzusunda ustad dərsi

BDU-da “Elmi tədqiqatın aparılması və elmi əsərin yazılması” mövzusunda ustad dərsi
16/05/2025

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
16/05/2025