BDU-da tibbdə istifadə olunan metalların üçölçülü çapı üzrə problemlər müzakirə olunub

24/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti elmi seminar keçirilib. Seminarda doktorant  Möhsün Əlizadə “Biotibbi tətbiq üçün metalların üçölçülü çapı”mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi ilkin olaraq apardığı ədəbiyyat icmalı əsasında 3 ölçülü printerlərin tətbiqindən bəhs edib. O, selektiv lazer yandırma (SLS), selektiv lazer ərimə (SLM), metalın lazer ilə birbaşa çökdürülməsi (LDMD), selektiv elektron-şüa əriməsi (SEBM), lazer induksiyalanmış düz köçürmə (LIFT), atom diffuzion əlavələrin yaradılması (ADAM), nanohissəciklərin axınlı emalı (NPJ) və 3DP/bağlayıcı axın əsaslı üçölçülü printerlər, onların işləmə prinsipləri, üstünlükləri və çatışmazlıqları haqqında məlumat verib. Daha sonra məruzəçi tibbə istifadə olunan implantların üçölçülü printerdə hazırlanması üçün daha çox istifadə olunan metallar – titan ərintiləri, tantal, kobalt-xrom ərintisi, maqnezium, dəmir, sink, maye metallar, onların tətbiq sahəsi, üstünlükləri və çatışmayan cəhətləri haqqında seminar iştirakçılarını məlumatlandırıb. Printerlərin iş prinsipi ilə yaxından tanış olmaq məqsədilə bir neçə video nümayiş etdirilib.

Seminarda Mərkəzin əməkdaşları və gənc tədqiqatçılar iştirak ediblər.

Xəbərlər

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri BDU-da

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri BDU-da
11/02/2025

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq”
11/02/2025

BDU əməkdaşları Hirkan Milli Parkının yaradılmasının 21 illiyinə həsr olunan tədbirdə 

BDU əməkdaşları Hirkan Milli Parkının yaradılmasının 21 illiyinə həsr olunan tədbirdə
11/02/2025