BDU-da Tələbə Elmi Cəmiyyətinin professor Abuzər Xələfova həsr edilmiş elmi seminarı keçirilib

22/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə keçirilən seminarın moderatoru, elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva bildirib ki, ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri vardır. Abuzər Xələfovun Azərbaycanda kitabxanaşünaslıq elminin banisi hesab olunduğunu, bu sahədə məktəb yaratdığını diqqətə çatdıran natiq qeyd edib ki, alimin 90 illik yubileyi münasibətilə bu günlərdə BDU-da Respublika elmi konfransı keçirilib, konfransın plenar və bölmə iclaslarında ümumilkdə 40-dan çox məruzə dinlənilib. Zahidə Rzayeva Tələbə Elmi Cəmiyyətinin elmi seminarının professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr edilməsini gənc tədqiqatçıların alimin irsinə yüksək ehtiramı kimi dəyərləndirib.

Elmi seminarda Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının doktorantı Aygün İsgəndərova “Modern kitabxana işçisinin peşəkarlığına verilən tələblər”, Kitabxanaşünaslıq kafedrasının magistrantı Sona Əlizadə “Məktəb kitabxanaları çağdaş dövrdə”, Kitabşünaslıq ixtisası üzrə tələbə Ayan Mirzəyeva “Çağdaş uşaq ədəbiyyatında Qarabağ mövzusu” adlı məruzələrlə çıxış ediblər.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla dinlənilib, gənc tədqiqatçılara suallar ünvanlanıb. Kafedra müdirləri Elçin Əhmədov, Nadir İsmayılov, Knyaz Aslan, Sevda Xələfova, dosent Rasim Süleymanov çıxış edərək professor Abuzər Xələfovun elmi irsinin öyrənilməsinin vacibliyini vurğulayıblar, tələbələrdə tədqiqat vərdişlərinin formalaşdırılması baxımından elmi seminarların mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024