BDU-da Tələbə Elmi Cəmiyyətinin Ulu Öndər Heydər Əliyevə həsr edilmiş elmi seminarı keçirilib

20/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib. Professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə keçirilən elmi seminarda fakültənin birinci kurs doktorantı Nigar Quliyeva “Ulu Öndər Heydər Əliyev Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin qurucusu kimi”, birinci kurs magistrant, fakültə TEC-in sədri Ülkər Cabarova “Ulu Öndər Heydər Əliyevin irsində kitab və mütaliə”, birinci kurs magistrant Lətafət Həsənova isə “Ulu Öndər Heydər Əliyev xalq şairi Məmməd Arazın bədii irsi haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

Doktorant Nigar Quliyeva məruzəsində Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Ümummilli Liderin ölkəmizdə kitab mədəniyyətinin inkişafı ilə bağlı həyata keçirdiyi misilsiz işlərdən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində kitabxana-informasiya fəaliyyətinin inkişafına əvəzsiz töhfələr vermiş, ölkəmizdə bu sahənin hüquqi bazası məhz müdrik rəhbərin təşəbbüsü ilə formalaşmışdır. Gənc tədqiqatçı qeyd edib ki, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya işinin inkişafına diqqət və qayğı ilə yanaşaraq bu sahənin inkişafı üçün bir sıra fərman, sərəncam və dövlət proqramlarına imza atıb. Magistrant Ülkər Cabarova məruzəsində Ümummilli Lider Heydər Əliyevin kitab və mütaliə ilə bağlı kəlamlarından nümunələri diqqətə çatdırıb, Ulu Öndərin öz əsərlərinin və müdrik rəhbər haqqında yazılmış əsərlərin ad və tiraj göstəriciləri barədə məlumatlar verib. Magistrant Lətafət Həsənova məruzəsində bildirib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onların irsinin təbliği hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Bu ənənələrin davamı kimi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Məruzədə Ulu Öndər Heydər Əliyevin xalq şairi Məmməd Arazın ədəbi-bədii irisinə hər zaman diqqətlə yanaşdığı, şairin irsinin təbliğinə, əsərlərinin nəşrinə töhfələr verdiyi qeyd olunub.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla dinlənilib, gənc tədqiqatçılara çoxsaylı suallar ünvanlanıb. Məruzələr haqında çıxış edənlər - professor Xəlil İsmayılov, kafedra müdirləri Knyaz Aslan, Elçin Əhmədov, Nadir İsmayılov, Sevda Xələfova və başqaları Ulu Öndər Heydər Əliyevin zəngin irsinin hərtərəfli öyrənilməsinin, bu irsin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıblar, tələbələrdə tədqiqat vərdişlərinin formalaşdırılması baxımından elmi semiraların mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024