BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ingilis dilində esse müsabiqəsi keçirilib

13/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ingilis dilində esse müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə fakültənin I kurs tələbələri iştirak ediblər.

Müsabiqənin məqsədi Ümummilli Lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsini təşviq etmək, tələbələrin dil bacarıqlarını inkişaf etdirmək, yaradıcılıq və analitik düşünmə qabiliyyətlərini stimullaşdırmaqdır.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova Ulu Öndər Heydər Əliyevin zəngin irsini gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb. İngilis dili kafedrasının müəllimi İradə Cəfərova müsabiqənin şərtləri və hazırlıq mərhələləri barədə ətraflı məlumat verib.

Final mərhələsində 11 ən yaxşı işin təqdimatı edilib. Tələbələr hazırladıqları esselərlə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolu, liderlik keyfiyyətləri, milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası haqqında fikirləri və gələcək nəsillərə tövsiyələri barədə fikirlərini ifadə ediblər.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, I yerə Ayan Hüseynzadə (“Heydar Aliyev-across the globe”), II yerə Nərmin Quliyeva (“National leader and development of healthcare”), III yerə isə Nəzrin Əlizadə (“Heydar Aliyev youth pass to leadership”) layiq görülüb. Qaliblər xüsusi sertifikat və hədiyyələrlə təltif olunublar.

Sonda tələbələrin ifasında bədii proqram nümayiş olunub.

 

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
20/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026