BDU-da “Vətən müharibəsində tarixi Zəfərin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili” mövzusunda konfrans keçirilib

05/11/2021

Bakı Dövlət Universitetində (BDU) 8 noyabr - Zəfər Gününə həsr edilmiş mövzusunda Beynəlxalq onlayn konfrans keçirilib. Konfransda BDU-nun rəhbərliyi, Hüquq, Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin müəllim kollektivi, doktorant, magistrant və tələbələri, xarici qonaqlar iştirak etdilər.

Giriş sözü ilə çıxış edən BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşündə Azərbaycanın işgalçı Ermənistan üzərində tarixi qələbəsini şərtləndirən amillər içərisində əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, qəti iradəsi və yüksək idarəçilik qabiliyyətinə, Azərbaycan əsgər və zabitlərinin torpaq sevgisi və qəhrəmanlığına, müharibə dövründə iqtidar-xalq-ordu birliyinin böyük əhəmiyyəti və onun ən böyük nəticəsi olan Vətən müharibəsində Şanlı Zəfərin əldə olunmasına nəzər salıb, bu qələbədə  Azərbaycan gəncliyinin, o cümlədən, BDU məzunlarının da öz payının olmasını qürurla qeyd etdi, Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib.

Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Ibrahim Zeynalov “Qalib sərkərdə, məğlubedilməz ordu, qəhrəman xalq”, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz  “30 yılda Zafere giden yol. Siyasi ve askeri liderlik”,  Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “What the victory in Karabakh means: ways forward”, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev “Vətən müharibəsində qələbənin beynəlxalq hüquq üçün əhəmiyyəti”, Ukrayna Milli Aviasiya Universitetinin professoru Arif Quliyev “Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan diplomatiyasının rolu”,  BDU-nun Dünya İqtisadiyyatı (humanitar fakültələr üzrə) kafedrasının professoru Hacıağa Rüstəmbəyov “Azərbaycanın Qarabağ zəfərinin iqtisadi-siyasi amilləri” mövzusunda çıxış ediblər.

600 nəfərdən çox iştirakçının dərin maragına səbəb olan konfrans maraqlı müzakirələrlə yadda qalıb.

Xəbərlər

BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcək

BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcək
17/08/2022

Tarix fakültəsində 4 ixtisas üzrə mütəxəssislər hazırlanır

Tarix fakültəsində 4 ixtisas üzrə mütəxəssislər hazırlanır
17/08/2022

Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
17/08/2022