BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş

30/01/2026

Bakı Dövlət Universitetində (BDU) Özbəkistan Respublikasının Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov,  Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin tədris işləri üzrə prorektoru Ravşan Rayimjanov və qeydiyyat ofisinin meneceri Axror Əhmədov iştirak ediblər.

Prorektor Əliş Ağamirzəyev qonaqlara BDU-nun tarixi, tədris sistemi və elmi-tədqiqat fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir, tələbə və müəllim mübadiləsi proqramlarını uğurla həyata keçirir. Görüş zamanı əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Jurnalistika fakültəsinin magistratura pilləsi üzrə “Radiotelejurnalistika” və “İctimaiyyətlə əlaqələr” ixtisaslaşmaları çərçivəsində ikili diplom proqramlarının yaradılması imkanları müzakirə olunub.

Sonda nümayəndə heyəti BDU-nun Heydər Əliyev Muzeyi, Genetika və təkamül muzeyi, Faydalı qazıntılar muzeyi ilə tanış olub.

Xəbərlər

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
16/11/2026

BDU-da əcnəbi tələbənin elmi seminarı keçirilib

BDU-da əcnəbi tələbənin elmi seminarı keçirilib
16/11/2026