BDU-dan Qars Qafqaz Universitetinin nəzdindəki Heydər Əliyev Təhsil Mərkəzinə və İğdır Azərbaycan Evinə kitab hədiyyəsi

06/03/2025

Bakı Dövlət Universiteti (BDU) Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qars Qafqaz Universitetinin nəzdindəki Heydər Əliyev Təhsil Mərkəzinə və İğdır Azərbaycan Evinə kitablar hədiyyə edib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin BDU-ya müraciətinə əsasən, Elmi Kitabxananın Mübadilə-ehtiyat fondundan ümumilikdə 336 nüsxə nəşr Qars və İğdır şəhərlərinə çatdırılması üçün Komitənin nümayəndəsinə təqdim edilib. Qarşı tərəfin sorğusuna uyğun olaraq hədiyyə edilən kitabların arasında BDU-nun 44 günlük Vətən müharibəsindən bəhs edən nəşrləri, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” kitabı, “Heydər Əliyev - 100” biblioqrafik məlumat kitabı, universitetin 100 illik yubileyi münasibətilə nəşr edilmiş kitablar da yer alıb.

Hədiyyə olunan kitablar Türkiyənin Şərqi Anadolu bölgəsi, xüsusilə Qars və İğdır şəhərlərinin Qərbi Azərbaycan əsilli soydaşlarının milli özünəməxsusluğunu qoruyub saxlaması və inkişaf etdirməsi, eləcə də Azərbaycanda nəşr olunan kitablara əlçatanlığının təmin olunması üçün ciddi əsaslar yaradacaq.

Həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən BDU-nun tələbə və müəllimlərinin istifadəsi üçün Elmi Kitabxanaya Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə çap edilmiş “Heydər Əliyevin sevimli musiqi inciləri”, “Azərbaycan musiqisinin inciləri” adlı toplular, “Azərbaycan dili” adlı tədris vəsaiti, ingilis dilində nəşr edilmiş Azərbaycanın tarixi-coğrafi atlası və s. nəşrlər hədiyyə edilib.

 

 

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026