BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq

21/08/2025

Bakı Dövlət Universitetinin (BDU) 5 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq.

BDU məzunu Xədicə Axundova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London Queen Mary Universitetində “Tibb mühəndisliyi”, Zöhrab Əliyev Qlazqo Universitetində “Yer elmləri”, Samirə İsmayılova Bristol Universitetində “Kimya”, Edqar Şahbazov Mançester Universitetində “Molekulyar biologiya”, Natiq Xamedov Türkiyənin İstanbul Universitetində “Kimya” ixtisasları üzrə təhsil almaq hüququ qazanıb.

Məzunlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində 2025/2026-cı tədris ili üzrə ümumilikdə 19 gənc dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alacaq.

 

 

Xəbərlər

Milli qürur mənbəyimiz

Milli qürur mənbəyimiz
09/11/2025

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
09/11/2025

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər
09/11/2025