BDU-nun alimlərinin “SU-POLİMER” ikifazalı sistemləri üzərində apardıqları tədqiqatların nəticələri tibdə geniş istifadə oluna bilər

30/07/2021

Su (H2O), iki hidrogen və bir oksigen atomlarının birləşməsindən əmələ gələn, adi şəraitdə davamlı, rəngsiz, dadsız və iysiz maye halında kimyəvi maddədir. Yer kürəsinin geoloji tarixində, canlılar aləminin əmələ gəlməsində, planetdə iqlim şəraitinin formalaşmasında çox böyük rolu olan bu maddə hələ antik dövrünün məşhur filosofu Aristotelin vaxtından öz möcüzəli xassələrinə görə alimlərin nəzər diqqətini cəlb etmişdir. Canlı orqanizmin həyat fəaliyyətində suyun xüsusi rolu onun hüceyrə və toxumaların yalnız tərkib hissəsi olmasından deyil, eyni zamanda bütün biokimyəvi proseslərin baş verməsi üçün əlverişli mühit olmasından da ibarətdir. Digər mayelərlə müqayisədə suyun demək olar ki, bütün xassələri qeyri-adidir, yəni anomaldır. Suyun xassələrindəki qeyri-adilik onun canlı orqanizmə bir sıra funksiyaları yerinə yetirilməsinə kömək edir. Su, mühit kimi, orqanizmdə osmos və diffuziya vasitəsi ilə maddələrin daşınması, hüceyrə və orqanların qorunması, çox böyük istilik tutumuna və buxarlanma istiliyinə malik olması hesabına orqanizmin soyuqdan və istidən qorunması kimi çox vacib funksiyaları yerinə yetirir. Su böyük enerjili şüaları udma qabiliyyətinə malikdir və canlı orqanizmlərdə enerjinin ötürülməsində böyük rol oynayır. Beləliklə, demək olar ki, bioloji funksiyalar əsasən suyun strukturunun nizamlanmasına, ya da dağılmasına yönəlmişdir.

Uzun illərdir Bakı Dövlət Universitetində sulu məhlullarda struktur xüsusiyyətləri və qarşılıqlı təsir problemləri, su-polimer ikifazalı sistemləri ilə bağlı intensiv tədqiqatlar aparılır. Tədqiqat obyektləri kimi bir sıra kiçik molekullu birləşmələrlə yanaşı, tibdə geniş tətbiq olunan bəzi polimerlər (dekstran, polivinilpirrolidon, polietilenqlikol, aqaroza və s.) də istifadə olunur. Müxtəlif fiziki-kimyəvi və spektroskopik tədqiqat metodlarından istifadə etməklə müxtəlif maddələrin suyun və su-polimer sistemlərinin strukturuna təsiri, sulu məhlullarda hidrogen rabitəsinin əsas xarakteristikaları, elektrolit məhlullarda və polimer məhlullarda hidratlaşma prosesləri öyrənilmiş, polimer makromolekulun konformasiyası müəyyənləşdirilmiş və ölçüləri təyin olunmuş, su-polimer sistemlərinin hal diaqramları qurulmuş və alınmış nəticələrin tibdə müxtəlif xəstəliklərə qarşı dərmanların hazırlanmasında tətbiqi yolları müəyyən edilmişdir.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024