BDU-nun Astrofizika kafedrası: “Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq”

08/10/2025

8–9 oktyabr tarixlərində Drakonid meteor yağışı aktiv olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu axının mənbəyi 21P/Giakobini–Zinner kometidir. 1900-cü ildə fransız astronom Mişel Giakobininin kəşf, 1913-cü ildə isə alman astronom Ernst Zinnerin yenidən müşahidə etdiyi bu komet 6,6 illik periodla Günəş ətrafında dövr edir. Kometin hər dövrəsində buraxdığı toz və qaz axını Yer orbitini kəsdiyi üçün biz onu meteor yağışı kimi müşahidə edirik.

Drakonidlər digər meteor yağışlarından fərqli olaraq çox yavaş hərəkət edir və səmada parlaq, uzunmüddətli işıq izləri buraxırlar. Adətən fəallığı zəif olur – saatda 5-ə yaxın meteor müşahidə edilir. Drakonid meteorlarının sürəti çox yavaş - təxminən 20 km/saatdır. Bu meteor tarix boyu bəzən sürpriz partlayışlarla yadda qalıb: məsələn, 1926, 1933, 1946 və 2011-ci illərdə müşahidəçilər saatda minlərlə meteor qeydə alıblar.

Bu il Drakonid meteor yağışının pik fəallığı 8-9 oktyabr axşamlarında, xüsusilə saat 19:30–23:00 arası gözlənilir.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026