BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları teleradio verilişlərinin dili ilə bağlı monitorinq keçiriblər

07/12/2018

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası ənənəvi monitorinqini  keçən il olduğu kimi, bu il də Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Mehriban Əlizadə və baş müəllim Təranə İsmayılova ilə keçirib.
“Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış monitorinq çərçivəsində 6 milli telekanalda  - Space TV, Lider TV, ATV, İctimai TV,  Xəzər TV və ARB TV-də yayımlanan verilişlərin dili tədqiqata cəlb edilib. Eyni zamanda, bir neçə yeni istiqamət üzrə iş aparılıb: ilk dəfə olaraq televiziya reklamlarının, dublyaj filmlərinin və 12 adda radionun  dilində ədəbi dil normalarına riayət olunması vəziyyəti araşdırılıb. Monitorinqin nəticələri haqqında 480 səhifəlik hesabat hazırlanıb və dərc edilib. Qeydə alınmış 4366 norma pozuntusunun təhlili və ümumiləşdirilməsi yolu ilə prosesin əsas istiqamətləri və xarakterik təzahür formaları müəyyənləşdirilib, nöqsanların qarşısının alınması məqsədilə konkret təkliflər irəli sürülüb.
5  dekabr 2018-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində monitorinqlərin nəticələrinə dair konfrans keçirilib. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli konfransı açaraq, teleradio məkanında ədəbi dilin qorunması vəziyyətindən danışıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mövcud problemlərin həlli üçün ölkə başçısı tərəfindən bu il ərzində atılan addımlardan danışıb, cari monitorinqin ölkə başçısının 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanının qarşıya qoyduğu tələblərlə səsləşdiyini qeyd edib.  Sonra  M.Əlizadə və T.İsmayılova hesabatla çıxış edib. Konfrans iştirakçıları öz çıxışlarında monitorinqin nəticələrini yüksək qiymətləndirib, ədəbi dilimizin teleradio məkanında tətbiqi vəziyyətinin yaxşılaşdırılması işinə verilmiş bir töhfə olduğunu xüsusi olaraq qeyd ediblər. Konfransın sonunda media nümayəndələri ilə müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

 

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024