BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 35 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq

03/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin yaranmasının 35 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.

Yubiley proqramı fakültənin 35 illik inkişaf yolunu, elmi-akademik ənənələrini, tələbə və məzunların uğurlarını əhatə edir.

Yubiley çərçivəsində 35 gün ərzində ustad dərsləri və maarifləndirici görüşlərin, tələbələr arasında elmi və yaradıcılıq müsabiqələrinin, “35 sual, 1 qalib” adlı bilik yarışının, eləcə də fəxri məzunlarla görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Silsilə tədbirlər fakültənin zəngin inkişaf tarixinin qeyd olunmasına, akademik ənənələrinin tanıdılmasına, tələbə və məzunlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026