BDU-nun Biologiya fakültəsində bir çox bakteriyalara qarşı istifadə edilə bilən yeni üzvi maddələr sintez olunmuşdur

25/05/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Mikrobiologiya və virusologiya ETL-in əməkdaşları tərəfindən bir çox bakteriyalara qarşı istifadə edilə bilən yeni üzvi maddələr sintez olunmuşdur.

Staphylococcus aureus, Bacillus subtilis, B. megaterium və B mesentericus kimi bakteriyalara qarşı istifadə edilə bilən 20 adda yeni üzvi maddələr sintez olunmuş və onların bu bakteriyalara təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, etil-4-fenil-6(p-tolil)-2-disiano metilen sikloheks-3-en-1- karboksilat; dietil 0-hidroksi-9-metil-7-feno=il-1,4-diaza spiro-4,5-dekan-6,8-dikarboksilat2-(1-asetil-5-siano-6) 2,4-dixlorofenil-2- metil-4- okso-3-azabisikloheksan-2-il malononitrat maddələri tədqiq edilən qrammüsbət bakteriyalara yüksək antimikrob təsiri göstərir. Bakteriyaların ingibirləşmə zonasının 16-26 mm diametrində olduğu müəyyənləşdirilmişdir.

Müəyyənləşdirilmişdir ki, pnevmoniya, meningit, osteomielit, endokardit, sepsis kimi təhlükəli ifeksiyalar törədən Qızılı stafilokok (Staphylococcus aureus) bakteriyası tədqiq edilən maddələ qarşı daha çox həssasdır. Bu bakteriyaya yüksək antimikrob təsiri göstərən maddənin minimum ingibirləşdirici qatılığı 62.5 mkq/ml-dir.

Laboratoriyanın əməkdaşları tərəfindən həmçinin, maya göbələyi kulturası vasitəsilə antmikrob xassəli gümüş nanohissəciklər sintez olunmuşdur. Gümüş nanohissəciklərin sferik formaya və 14.2-22.9 nm ölçüyə malik olduğu təcrübələrlə müəyyən edilmişdir.

 

 

Xəbərlər

BDU-nun dosenti Qismət Davudov vəfat edib

BDU-nun dosenti Qismət Davudov vəfat edib
07/12/2025

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib
06/12/2025

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb
06/12/2025