BDU-nun Coğrafiya fakültəsi 200 nömrəli məktəb-liseydə “Coğrafiya - sirli bir dünya” adlı tədbir təşkil edib

02/05/2025

Bakı Dövlət Univerisetinin Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva və “Coğrafiya müəllimliyi” ixtisası üzrə pedaqoji təcrübə keçən IV kurs  tələbələrinin təşkilatçılığı ilə Bakının Nərimanov rayonunun 200 nömrəli məktəb-lisey kompleksində “Coğrafiya - sirli bir dünya” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə Coğrafiya fənninin tədrisinə maraq oyatmaq, ətraf mühitin çirklənməsinə qarşı mübarizə tədbirləri barədə onları maarifləndirməkdir.

BDU-nun müəllim və şagirdləri Coğrafiya elminin yaranması, inkişafı, digər təbiət elmləri ilə əlaqəsi, əsas sahələri barədə şagirdlərə məlumat verilib. Şagirdlərin ifasında ətraf mühitin qorunmasına həsr edilmiş mahnılar, şeirlər oxunub, səhnəciklər təqdim edilib. Sonda daha fəal olan siniflərə diplomlar təqdim edilib.

 

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026