BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib

09/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünasalıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.

Şəfa Əlizadə 1986-cı il sentyabrın 9-da Salyan rayonunda anadan olub. 1993–2004-cü illərdə 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. 2009-cu ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 2011-ci ildə magistratura pilləsini bitirib.

2011-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktoranturaya qəbul olub, 2017-ci ildə “Muğan düzü torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzusunda dissertasiya müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2012–2015-ci illərdə AMEA-da elmi işçi və laborant işləyib.

Şəfa Əlizadə 2015-ci ildən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası idi.

BDU rəhbərliyi və kollektivi Şəfa Əlizadənin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

Müstəqil dövlətimizin təməli: Azərbaycan Konstitusiyası - 30

Müstəqil dövlətimizin təməli: Azərbaycan Konstitusiyası - 30
12/11/2025

BDU-nun Astrofizika kafedrası: “Güclü geomaqnit qasırğası müşahidə olunur”

BDU-nun Astrofizika kafedrası: “Güclü geomaqnit qasırğası müşahidə olunur”
12/11/2025

BDU-da təlim: “Effektiv rezüme necə hazırlanır?”

BDU-da təlim: “Effektiv rezüme necə hazırlanır?”
12/11/2025