BDU-nun Elmi Kitabxanası Qərbi Kaspi Universitetində informasiya ehtiyaclarının təhlilinə dair dəyirmi masa keçirib

05/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK)  yaranmasının 20 illiyinə həsr olunmuş “Universitetlərdə informasiya ehtiyaclarının təhlili və təbliği” mövzusunda dəyirmi masa keçirilib.

Qərbi Kaspi Universitetinin Elmi Kitabxanasının direktoru Nigar Babayeva “Kitabxananın elmi-tədqiqat və biblioqrafiya xidmətlərinin rolu, universitetdə informasiya ehtiyaclarının təhlili və təbliğatın gücü” mövzusunda məruzə edib. Məruzədə kitabxana istifadəçilərinin sayını artırmaq məqsədilə informasiya ehtiyaclarını müəyyənləşdirmək, məlumat bazaları və informasiya resurslarının sayını artırmaq, elmi-tədqiqat xidmətləri və biblioqrafiya sahələrində seminar və təlimlər keçirmək kimi məsələlərə aydınlıq gətirilib.

ADA Universitetinin Kitabxanasının direktoru və “Eazy Solutions” nəşriyyatının Azərbaycan üzrə təmsilçisi Elçin Məmmədov Azərbaycan universitetlərinin elmi-tədqiqat fəaliyyətində təmsil etdiyi nəşriyyatın məhsulları və onlardan istifadənin dəstəklənməsi mövzusunu müzakirəyə çıxarıb.

Az.KİK-in rəhbəri, EİFL.net üzrə milli əlaqələndirici, BDU-nun Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova isə EİFL.net-in xidmətlərindən, konsorsium üzvlərinə sınaq müddəti ilə təqdim edilən “Emerald” nəşriyyatının məhsullarından istifadənin yekun nəticələri haqqında məlumat verib.

Dəyirmi masada Az.KİK-ə üzv təşkilatların nümayəndələrinin iştirakı ilə kitabxanalarda xidmətin keyfiyyətini yüksəltmək yolları, istifadəçilərə yanaşma tərzi, xidmətdə çeviklik, davamlı ünsiyyət və s. məsələlər müzakirə olunub.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024