BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda mikro və nanoelektronika üçün optimal parametrli material və cihazlar hazırlanır

21/05/2021

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsinin əməkdaşları tərəfindən nanoməsaməli silisiumun kimyəvi aşılama metodu  ilə alınması texnologiyası təkmilləşdirilimiş, məsaməli şüşə və silisium altlıqlar üzərində müxtəlif ionlarla aşqarlanmış nanoquruluşlu ZnS nazik təbəqələrin və sillenit tipli Bi12XO20, X=Ge,Si,Ti ) birləşmələrin alınma texnologiyası işlənib hazırlanmışdır. Müəyyən olunmuşdur ki, sillenit tipli Bi12XO20, X=Ge,Si,Ti ) birləşmələri optik-elektronika sistemlərində işığın idarə olunmasında, elektrooptik çeviricilərdə, informasiyanın optik üsulla yazılması, oxunması və silinməsində istifadə oluna bilər. Sillenit tipli birləşmələrin sadalanan xüsusiyyətlərinin və onları şərtləndirən fiziki proseslərin stasionar və dinamik rejimlərdə tədqiqi üzrə araşdırmalar davam edir.

Termoelektrik çeviricilər üçün perspektiv materiallardan hesab olunan AgSbSe2 və (AgSbSe2)0.9(PbTe)0.1 birləşmələrində ilk dəfə olaraq elektrik yüklərinin daşınmasının mexanizmi müəyyən edilmişdir.

Xəbərlər

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyat paytaxtı Şuşa haqqında nəşrlər”
24/06/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar
24/06/2025

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib  
24/06/2025