BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsində fizika və riyazi fizikanın müxtəlif istiqamətləri üzrə fundamental elmi tədqiqatlar aparılır

18/05/2021

Mezon və barionların daxili strukturu, onların kütlə, təsir sabitləri və müxtəlif parçalanma kanalları, çoxkvarklı sistemlərin tetrakvark, pentakvark və heksakvarklarında daxili quruluşunun tədqiqi üzrə araşdırmalar davam edir. Müxtəlif tip yaxına təsir potensiallarında kvant mexaniki, nüvə və elementar hissəciklərin səpilməsi problemlərinin adron fizikasına tətbiqi istiqamətində nəzəri tədqiqatlar aparılır.

Bir sıra çoxkvarklı mezonların o cümlədən, X1(2900) rezonansın əsas parametrləri hesablanmış və təcrübi nəticələrlə müqayisə edilmişdir.  İki agır bb kvarklardan əmələ gələn tetrakvarkların leptonik və qeyri-leptonik parçalanma kanalları tədqiq edilmiş və onların güclü parçalanmalara qarşı dayanıqlığı araşdırılmışdır.

Altı kvarkdan ibarət uuddss tərkibli skalyar hissəciyin bəzi xassələri öyrənilmiş, dördkvarklı mezonların - tetrakvarkların güclü və elektromaqnit təsirlərə qarşı dayanıqlı olduqları göstərilmişdir.

AdS/KXD modellərində deytronun form faktorları hesablanmışdır. Böyük Adron Kollayderində  prosesi kollayderdə əmələ gələn hissəciklərin eninə impulsa görə paylanması öyrənilmişdir.

Ümumiləşmiş

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024