BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

05/12/2025

Quba rayonunda təşkil olunan “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə keçirilib.

Panel müzakirədə Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri və Milli Məclisin deputatları Mircəlil Qasımlı və Mahir Süleymanlı Qərbi Azərbaycana qayıdış prosesi, tarixi-hüquqi əsaslar, reinteqrasiya və təhlükəsizlik məsələləri, mədəni irs nümunələrinin qorunması və bu istiqamətdə gənclərin fəal iştirakının təmin edilməsi, eləcə də maarifləndirici təşəbbüslərin genişləndirilməsi barədə məlumat veriblər.

Panel görüş sual-cavab formatında davam edib.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, "ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026