BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

04/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən iyunun 27-də pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçiriləcək.

Təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir. “Açıq qapı” günü müxtəlif sahələr üzrə hüquqi məsləhətləri əhatə edəcək.

Müraciət edən şəxslərə BDU-nun Hüquq fakültəsinin vəkil-müəllimləri tərəfindən peşəkar hüquqi yardım göstəriləcək.

Qeyd edək ki, bu cür təşəbbüslərin gələcəkdə silsiləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Vətəndaşlar hüquqi məsələlərlə bağlı müraciətlərini BDU-nun Hüquq Klinikasına ünvanlaya və ya “Açıq qapı” günü ərzində birbaşa iştirak edə bilərlər.

Tarix və saat: 27 iyun 2026-cı il, saat 11:00-15:00

Məkan: BDU-nun 2 saylı tədris binası (Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33)

Əlavə məlumat və qeydiyyat üçün: lawclinic@bsu.edu.az, +994(99)3099303


Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026