BDU-nun Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi münasibətilə dəyirmi masa keçirilib

02/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə bağlı onlayn dəyirmi masa keçirilib.

Fakültənin dekanı Vüqar Əliyev  “Molla Nəsrəddin” jurnalının qısa müddət ərzində böyük nüfuz qazanması, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə demokratik və satirik mətbuatın inkişafına mühüm töhfələr verdiyinə diqqət çəkərək bu sahədə yeni səhifə açmış jurnalın önəmindən bəhs edib. Fakültənin dekan müavini Samir Mirzəyev “Molla Nəsrəddin” jurnalının milli mətbuat tariximizdəki rolundan, satirik jurnalistikanın formalaşmasındakı əhəmiyyəti haqqında məlumat verib.

Daha sonra Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Natiq görkəmli publisistin jurnalı yaratmaqla satirik publisitikanın, eyni zamanda satirik qrafika və karikaturanın əsasını qoyduğunu bildirərək, Azərbaycan mətbuatının inkişafında müstəsna rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Yeni media və  kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli jurnalın dövrümüz üçün müasir olduğunun əhəmiyyətini diqqətə çatdırıb, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev isə “Molla Nəsrəddin”  jurnalının Tiflis nəşrləri barədə məlumat verib.

Professorlar Nəsiman Yaqublu, Qulu Məhərrəmli, Nəsir Əhmədli, Sabir Məmmədli, dosent Aygün Əzimova jurnalın 115 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, görkəmli publisist C.Məmmədquluzadə və satirik jurnalla bağlı fikirlərini bölüşüblər.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024