BDU-nun Jurnalistika fakültəsinin 2 müəllimi AzTV-nin Bədii Şurasına üzv seçilib

13/04/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və fakültənin müəllimi, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın üzvü seçiliblər.

QSC sədri Rövşən Məmmədovun rəhbərliyi ilə Şuranın ilk iclası keçirilib. Sədr yeni layihələrlə bağlı məlumat verərək bildirib ki, Şuranın əsas vəzifəsi şirkətin televiziya kanallarının işinin monitorinqini aparmaq, mövcud çatışmazlıqları müzakirə edərək təkliflər verməkdir. Sədr R.Məmmədov “AzTV”, “Mədəniyyət” və “İdman” kanallarında yayımlanan verilişlərin daha effektiv olması məqsədilə Bədii Şura üzvlərinin müxtəlif bölgələrdə ictimaiyyətlə görüşlər keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Bədii Şuranın yeni üzvləri təkliflərini səsləndiriblər.

Koronavirus pandemiyası ilə əlaqədar Bədii Şuranın iclaslarının ayda bir dəfə keçirilməsi nəzərdə tutulub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii Şurasına Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Kamal Abdulla, Xalq artisti Rasim Balayev, Xalq artisti Ofeliya Sənani, Xalq artisti Eldar Mansurov, Əməkdar incəsənət xadimi İlham Rəhimli daxildir.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026